Mingəçevirdə gəlini aparan maşın qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Mingəçevirdə gəlini aparan maşın qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB Mingəçevir. 9 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərində qəzaya düşmüş şəxslərin adları məlum olub.
Hadisə
9 Sentyabr , 2018 13:34
Mingəçevirdə gəlini aparan maşın qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Mingəçevir. 9 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərində qəzaya düşmüş şəxslərin adları məlum olub.

“Report”un Şirvan bürosu xəbər verir ki, bunlar biri "Mercedes"in sürücüsü və eyni zmaanda bəyin xalası oğlu olan 1992-ci il təvəllüdlü Tahir İsmayılov, digəri isə gəlinin 1970-ci il təvəllüdlü qayınanası Hicran Məmmədovadır.

Hadisə gəlin toy məclisi üçün bəzədilməkdən gətirilirmiş.


***12:08

Mingəçevir. 9 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı toya hazırlaşan gəlin xəsarət alıb. 

"Report"un Şirvan bürosu xəbər verir ki, gəlin toya hazırlaşan zaman bəzdilməsi üçün gözəllik salonuna aparılıb. Hadisə gəlinin gözəllik salonundan çıxdığı vaxt baş verib. 

Hadisə nəticəsində avtomobilin sürcüsü və gəlin xəsarət alıb. 



***
11:28

Mingəçevir. 9 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərində yol-nəqliyat  hadisəi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, Nəsimi və Nərimanov küçələrinin kəsişməsində “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə adları hələ ki, dəqiqləşdirilməyən minik avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıb.Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi