Mingəçevirdə FHN-in əməkdaşı xidməti vəzifəsini icra edərkən yaralanıb

Hadisə
  • 20 noyabr, 2017
  • 20:08
Mingəçevirdə FHN-in əməkdaşı xidməti vəzifəsini icra edərkən yaralanıb

Mingəçevir. 21 noyabr. REPORT.AZ/ Mingəçevirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı xidməti vəzifəsini icra edərkən yaralanıb.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Mingəçevir Su anbarına aid lyukda aparılan iş zamanı baş verib.

1989-cu il təvəllüdlü şəhər sakini İlkin Güloğlan oğlu Bədəlov xəstəxanaya çatdırılıb. Əldə edilən məlumata əsasən, xəstəxanada tibbi yardım alan İ.Bədəlovun vəziyyəti stabildir.