Mingəçevirdə fəhlə yataqxanasında yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib

Mingəçevirdə fəhlə yataqxanasında yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib Mingəçevir. 11 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərində fəhlə yataqxanasında yanğın baş verib.
Hadisə
11 Sentyabr , 2018 13:33
Mingəçevirdə fəhlə yataqxanasında yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib
0 : 00
0 : 00

Mingəçevir. 11 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərində fəhlə yataqxanasında yanğın baş verib. 

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə yataqxananın birinci mərtəbəsində qeydə alınıb. 

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və tüstüdən zəhərlənən 4 sakinə hadisə yerində ilkin tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi