Mingəçevir su anbarı ətrafında baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-2

Mingəçevir su anbarı ətrafında baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-2 Bu gün axşam saat 21:00 radələrində Mingəçevir su anbarının yaxınlığında baş verən yanğın söndürülüb.
Hadisə
19 İyun , 2019 23:26
Mingəçevir su anbarı ətrafında baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-2

Bu gün axşam saat 21:00 radələrində Mingəçevir su anbarının yaxınlığında baş verən yanğın söndürülüb.

Bu barədə "Report"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, yanğın Mingəçevir su anbarı ətrafındakı dağın ətəyində 5 hektara yaxın quru ot sahəsini əhatə edib:

"Bu gün axşam saat 9 radələrində Mingəçevir su anbarının ətrafındakı dağın ətəyində 5 hektarlıq quru ot sahəsi yanıb və yanğın mühafizə hissələri tərəfindən artıq söndürülüb".


***21:35

Video əlavə olunub


***20:30

Mingəçevir şəhərində ehtiyat su anbarının yaxınlığında yanğın başlayıb. 

Bu barədə "Report"a yerli sakinlər məlumat verib. 

Bildirilib ki, Bozdağın ətəklərində başlayan yanğın su bəndinə doğru hərəkət edir. 

Hadisə yerinə Mingəçevir şəhər dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi