Mingəçevirdə daha bir gənc qız özünü öldürmək istəyib

Mingəçevirdə daha bir gənc qız özünü öldürmək istəyib İntihar etmək istəyən qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb
Hadisə
23 Oktyabr , 2017 15:43
Mingəçevirdə daha bir gənc qız özünü öldürmək istəyib

Mingəçevir. 23 oktyabr. REPORT.AZ/ Mingəçevir şəhərində daha bir gənc qız intihara cəhd edib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Puşkin küçəsində yerləşən evlərdən birində baş verib. 

Belə ki, şəhər sakini, 1997-ci il təvəllüdlü  U.A hələlik məlum olmayan səbəblərdən sirkə turşusu içərək özünü öldürmək istəyib. O, huşsuz və ağır vəziyyətdə qohumları tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, U.A-nın vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi