Mingəçevirdə çoban atdan yıxılaraq ağır xəsarət alıb

Mingəçevirdə çoban atdan yıxılaraq ağır xəsarət alıb Mingəçevir. 22 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərində heyvanları otaran çoban atdan yıxılaraq qabırğaları sınıb.
Hadisə
22 Sentyabr , 2018 23:49
Mingəçevirdə çoban atdan yıxılaraq ağır xəsarət alıb

Mingəçevir. 22 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərində heyvanları otaran çoban atdan yıxılaraq qabırğaları sınıb.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə "Tərəvəzçilik" adlanan yaşayış massivinin yaxınlığındakı otlaqda baş verib.

Otlaqda mallarını otaran 1956-cı il təvəllüdlü Şuşa rayon sakini Ədalət İbrahim oğlu Kərimov ehtiyatsızlıqdan atdan yıxılıb. Nəticədə onun qabırğaları qırılıb və digər ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi