Mingəçevirdə bir qrup şəxs iş adamına hücum edərək onu döyüb

Mingəçevirdə bir qrup şəxs iş adamına hücum edərək onu döyüb Mingəçevir. 1 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində sahibkara hücum olub.
Hadisə
1 Dekabr , 2017 09:58
Mingəçevirdə bir qrup şəxs iş adamına hücum edərək onu döyüb

Mingəçevir. 1 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində sahibkara hücum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, əllərində ağac və bel (lapotka) olan bir qrup naməlum şəxs çörək sexinin qarşısında sahibkarlıqla məşğul olan 1965-ci il təvəllüdlü Əliyev Elşən Şirin oğluna hücum edərək onu döyüb.

Hadisə E.Əliyev “Lund Cruiser” markalı avtomobilindən düşərək sahibi olduğu çörək sexinə getmək istəyən zaman baş verib.

İş adamı ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, E.Əliyev Tərtər rayon sakinidir və Mingəçevirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hücumun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi