Mingəçevirdə binada yanğın olub, 4 nəfər təxliyyə edilib - YENİLƏNİB

Mingəçevirdə binada yanğın olub, 4 nəfər təxliyyə edilib - YENİLƏNİB Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
Hadisə
28 Avqust , 2019 08:37
Mingəçevirdə binada yanğın olub, 4 nəfər təxliyyə edilib - YENİLƏNİB

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. 

"Report"un yerli bürosu xəbər verir ki, yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


*** 06:39

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yanğın başlayıb.

"Report"un yerli bürosu xəbər veri ki, nəticədə 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları yanıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. 

Yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. 

Orphus sistemi