Mingəçevirdə bıçaqlanan şəxs xəstəxanadan qaçıb

Mingəçevirdə bıçaqlanan şəxs xəstəxanadan qaçıb Lakin o, tapılaraq yenidən tibb müəssisəsinə gətirilib
Hadisə
27 Aprel , 2018 00:11
Mingəçevirdə bıçaqlanan şəxs xəstəxanadan qaçıb

Mingəçevir. 27 aprel. REPORT.AZ/ Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, 1973-cü il təvəllüdlü şəhər sakini Əliyev Aydın Tapdıq oğlu naməlum şəraitdə bud nahiyəsindən bıçaqlanıb.

Xəstəxanaya yerləşdirilən yaralıya ilkin tibbi yardım göstərilib. O, daha sonra xəstəxananın pəncərəsindən düşərək qaçıb. Buna baxmayaraq, A.Əliyev qohumlarının da yaxından iştirakı ilə tapılaraq yenidən müalicəyə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi