Mingəçevirdə benzinlə ehtiyatsız davranan gənc yanıb

Mingəçevirdə benzinlə ehtiyatsız davranan gənc yanıb Hadisə o, mis ətidən zaman baş verib
Hadisə
29 May , 2017 18:53
Mingəçevirdə benzinlə ehtiyatsız davranan gənc yanıb

Mingəçevir. 29 may. REPORT.AZ/ Mingəçevir sakini ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə bu gün şəhərin Günəşli bağ massivində, 2-ci küçədə qeydə alınıb.

Metal işi ilə məşğul olan 1996-cı il təvəllüdlü İbiş Bəylər oğlu Əliyev yaşadığı həyətdə növbəti dəfə mis əritmək istəyən zaman benzinlə ehtiyatsız davranıb və nəticədə yanğın baş verib. Üzərini alov bürüyən oğlanın köməyinə ətrafdakılar gəlib və yanğın söndürülüb. Hadisə nəticəsində hər iki əl və üz nahiyəsindən ağır yanıq xəsarəti alan İbiş Əliyev Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılıb. Acil şöbəsində yanmış şəxsə təcili tibbi yardım göstərilib. Şöbədən verilən məlumata görə, hazırda onun vəziyyəti normaldır. 

Son xəbərlər

Orphus sistemi