Yuxarı

​Mingəçevirdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Sudan çıxarılan şəxs aidiyyati üzrə təhvil verib

Bakı. 20 iyul. REPORT.AZ/ Axşam saatlarında Mingəçevir şəhərində 1 nəfər su anbarında (məntəqənin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicisi dərhal hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi