Mingəçevirdə baş verən yanğında zəhərlənən 11 nəfər xəstəxanaya müraciət edib - FOTO - YENİLƏNİB

Mingəçevirdə baş verən yanğında zəhərlənən 11 nəfər xəstəxanaya müraciət edib - FOTO - YENİLƏNİB Hazırda həmin şəxslərin vəziyyəti normaldır
Hadisə
190
12 Dekabr , 2017 13:43
Mingəçevirdə baş verən yanğında zəhərlənən 11 nəfər xəstəxanaya müraciət edib - FOTO - YENİLƏNİB
Report

Mingəçevir. 12 dekabr. REPORT.AZ/ Mingəçevirdə məcburi köçkün şəhərciyində baş vermiş yanğın zamanı tüstüdən zəhərlənərək xəstəxanaya müraciət edən şəxslərin sayı 11 nəfərə çatıb.

”Report”un Şirvan bürosunun məlumatına görə, onlar təcili tibbi yardım avtomobilləri və digər fərdi maşınlarla xəstəxanaya çatdırılıblar.

Gecə saatlarında durumu daha ağır olan 3 nəfər nəzarət altına götürülüb, bir neçəsinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 

Hazırda həmin şəxslərin vəziyyəti normaldır. 

*** 11 dekabr. 23:16

Mingəçevir – Xaldan şossesi üzərində yerləşən 1-ci qaçqın və məcburi köçkün şəhərciyində yanğın baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, yanğın 8 saylı doqquzmərtəbəli binanın 3-cü blokunun 6-cı mərtəbəsində liftdə baş verən qısaqapanmadan başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

İlkin məlumata görə, yanğın zamanı 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Daha üç "təcili yardım" maşını hadisə yerinə göndərilib.

Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi