Mingəçevirdə Bakıya sərnişin daşımağa cəhd edən sürücülər saxlanıldı

Mingəçevirdə Bakıya sərnişin daşımağa cəhd edən sürücülər saxlanıldı Mingəçevirdə xüsusi karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücülər aşkarlanıb.
Hadisə
11 Yanvar , 2021 16:13
Mingəçevirdə Bakıya sərnişin daşımağa cəhd edən sürücülər saxlanıldı

Mingəçevirdə xüsusi karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücülər aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, sürücülər - Mingəçevir şəhər sakinləri Fəqan Rəşidov və Məftun Əhmədov idarə etdikləri “Mercedes” markalı mikroavtobuslarla xüsusi karantin rejimi qaydalarını pozaraq sərnişinləri Bakıya aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma zamanı həmin şəxslərin müəyyən pul müqabilində sərnişinləri Bakı şəhərinə aparacaqlarına dair söz verdikləri məlum olub.

Hər iki sürücü Polis Şöbəsinə dəvət olunub. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Son xəbərlər

Orphus sistemi