Mingəçevirdə avtomobil aşaraq yanıb - VİDEO - YENİLƏNİB-2

Mingəçevirdə avtomobil aşaraq yanıb - VİDEO - YENİLƏNİB-2 Video əlavə olunub
Hadisə
12 fevral 2019 09:30
Mingəçevirdə avtomobil aşaraq yanıb - VİDEO - YENİLƏNİB-2

Video əlavə olunub


*** 12:32

Mingəçevir. 12 fevral. REPORT.AZ/ Mingəçevir şəhərində su kanlına düşərək aşan avtomobilin sürcüsünün şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, şəhərin Naxçıvan küçəsində Ağdam rayon sakini, 1964-cü il təvəllüdlü Aslan Kəmiş oğlu Rüstəmov idarə etdiyi  "TOYOTA-PRADO" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobilini yolun kənarındakı su kanalına aşırıb. 

Daha sonra avtomobil yanmağa başlayıb. Sürcü avtomobildən çıxarılıb və yüngül xəsarət alıb. 

Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb.


*** 12:12

Mingəçevir. 12 fevral. REPORT.AZ/ Mingəçevir şəhərində ağır yol-nqəliyyat hadisəsi baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Naxçıvan küçəsində qeydə alınıb. 

Belə ki, "TOYOTA-PRADO" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb. Daha sonra avtomobil alışaraq yanıb. Hadisə yerinə hquq-mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi Yardım stansiyasının həkimləri və yanğınsöndürənlər cəlb edilib. 

Avtomobilin sürücüsü xilasedicilər təfəindən dərhal çıxarılıb. Onun  yüngül xəsarət aldığı bildirlir. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Orphus sistemi