Mingəçevirdə anasının qətlində şübhəli bilinən şəxs axtarışa verilib - FOTO

Mingəçevirdə anasının qətlində şübhəli bilinən şəxs axtarışa verilib - FOTO O, hadisədən öncə dostlarına xaricə getmək niyyətində olduğunu bildirib
Hadisə
28 May , 2017 20:14
Mingəçevirdə anasının qətlində şübhəli bilinən şəxs axtarışa verilib - FOTO
Report.az

Mingəçevir. 28 may. REPORT.AZ/ Anasının qətlində şübhəli bilinən Mingəçevir şəhər sakini axtarışa verilib.

“Report”un Şirvan bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü Nail Əlövsət oğlu Məhərrəmovun tapılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Nail ailənin ortancıl oğludur və əvvələr məhkumluq həyatı yaşayıb. Hadisədən öncə dostlarına və yaxınlarına xarici ölkələrdən birinə mühacirət etmək niyyətində olduğunu bildirib.

Hadisə mayın 27-də, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 10, mənzil 3-də baş verib. 1967-ci il təvəllüdlü şəhər sakini Kəmalə Məhərrəmova evində ölü vəziyyətdə taplıb. O, uzun müddət əczaçılıqla məşğul olub. Həyat yoldaşı Əlövsət Məhərrəmovu təxminən 5 il öncə itirən qadının 3 oğlu var. Hadisə qeydə alınan zaman onlardan ikisinin evdə olmadığı bildirilir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi