Mingəçevirdə anasını qətlə yetirən şəxs polisə təslim olub - FOTO

Mingəçevirdə anasını qətlə yetirən şəxs polisə təslim olub - FOTO Nail Məhərrəmov: “Dəfələrlə xəbərdarlıq etdim. Bu sənlik deyil dedi. Mən də öldürdüm”
Hadisə
29 May , 2017 19:33
Mingəçevirdə anasını qətlə yetirən şəxs polisə təslim olub - FOTO

Mingəçevir. 29 may. REPORT.AZ/ Anasının qətlində təqsirli bilinən və haqqında axtarış elan olunmuş şəxs könüllü olaraq polisə təslim olub.

“Report”un Şirvan bürosu xəbər verir ki, anası Kəmalə Məhərrəmovanın qətlində təqsirli bilinən 1994-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Məhərrəmov Nail Əlövsət oğlu bu gün könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.

Nail Məhərrəmov ilkin dindirilmə zamanı anasını qətlə yetirdiyini etiraf edib. O, bunu anasının əxlaqdankənar hərəkətlərinə dözə bilmədiyi üçün etdiyini bildirib:

“Dəfələrlə xəbərdarlıq etdim. Bu sənlik deyil dedi. Mən də öldürdüm”.

Hadisə may ayının 27-də Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 10, mənzil 3-də baş verib. Həmin vaxt qətli törədən Nail Məhərrəmov hadisə yerindən qaçıb və haqında axtarış elan olunub. 

Son xəbərlər

Orphus sistemi