Mingəçevirdə ağır yol qəzası olub, xəsarət alanlar var - FOTO

Mingəçevirdə ağır yol qəzası olub, xəsarət alanlar var - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
12 İyun , 2017 20:19
Mingəçevirdə ağır yol qəzası olub, xəsarət alanlar var - FOTO
Report.az

Mingəçevir. 12 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Report” Şirvan bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Heydər Əliyev meydanında qeydə alınıb.

Belə ki, "Daewoo" markalı, 10 PV 486 dövlət qeydiyyat nişanlı avtomobillə "Mercedes" markalı, 66 BH 105 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Nəticədə "Mercedes"dəki gənc xanım sərnişin, 1989-cu il təvəllüdlü Qəbələ rayon sakini Zirinə Habil qızı Əsədova ağır olmaqla, digər avtomobildəki xanım sərnişin Ülviyyə Talıbova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi