Mingəçevirdə 8 nəfər pirotexniki vasitələrdən xəsarət alıb - YENİLƏNİB

Mingəçevirdə 8 nəfər pirotexniki vasitələrdən xəsarət alıb - YENİLƏNİB Mingəçevir. 1 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində bayram axşamı pirotexniki vasitələr istifadə edən zaman xəsarət alan 8 nəfərin adı məlum olub.
Hadisə
1 Yanvar , 2019 11:33
Mingəçevirdə 8 nəfər pirotexniki vasitələrdən xəsarət alıb - YENİLƏNİB

Mingəçevir. 1 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində bayram axşamı pirotexniki vasitələr istifadə edən zaman xəsarət alan 8 nəfərin adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, onlardan birinin vəziyyəti ağırdır.

Yaralılar:

 2007-ci il təvəllüdlü Yusif Sadıq oğlu İsmayılov,

2001-ci il təvəllüdlü Elçin Şahbaz oğlu Vəlizadə,

2008-ci il təvəllüdlü Cavid Əlibəy oğlu Həsənzadə,

2006-cı il təvəllüdlü Etibar Hüseyn oğlu Əlizadə,

2005-ci il təvəllüdlü Heydər Cəmşid oğlu Səfərov,

2009-cu il təvəllüdlü Elnur Cəfər Qasımzadə,

2007-ci təvəllüdlü Ramid Qsmət oğlu İsmayılzadə,

2007-ci il təvəllüdlü Amid Emin oğlu Əşrəfov.

Yarlılar Mİngəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.


*** 23:49

Mingəçevir. 31 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində bayram axşamı 8 nəfər pirotexniki vasitələrdən istifadə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hər bir yaralıya lazımi tibbi yardım göstərilib.

Ümumilikdə, şəhər ərazisində bayram günü yüzdən çox həkim çağırışı qeydə alınıb. Müraciətlər arasında 3 faiz ürək, 11 faiz baş ağrıları, 12 faiz sinir, 2 faiz xərçəng xəstəliyi, 7 faiz respirator, 33 faiz təzyiq, 3 faiz mədə-bağırsaq və 4 faiz hərarətin qalxması kimi problemlər yer alıb.

Bundan əlavə, iki nəfər sakin bayram axşamı dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi