Mingəçevirdə 53 yaşlı kişi intihar edib - YENİLƏNİB

Mingəçevirdə 53 yaşlı kişi intihar edib - YENİLƏNİB Mingəçevir. 25 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində özünü asaraq intihar edən şəxsin adı məlum olub.
Hadisə
25 Yanvar , 2019 20:31
Mingəçevirdə 53 yaşlı kişi intihar edib - YENİLƏNİB

Mingəçevir. 25 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində özünü asaraq intihar edən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, 1966-cı il təvəllüdlü İlqar Rəşad oğlu İsgəndərov özünü yaşadığ evdən kəndirlə asaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib.


*** 18:20

Mingəçevir. 25 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində orta yaşlı kişi intihar edib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Cəmil Əliyev küçəsi, ev 18, mənzil 17-də baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum omayan orta yaşlı kişi özünü yaşadığı evdə asaraq intihar edib. 

Onun hansı səbəbdən intihar etdiyi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi