Mingəçevirdə 5 yaşlı uşağı it dişləyib

Mingəçevirdə 5 yaşlı uşağı it dişləyib Ağır xəsarətlər alan azyaşlı təcili xəstəxanaya çatdırılıb
Hadisə
2 Fevral , 2018 23:32
Mingəçevirdə 5 yaşlı uşağı it dişləyib

Mingəçevir. 2 fevral. REPORT.AZ/ Mingəçevir şəhərində it 5 yaşlı uşağa çoxsaylı xəsarətlər yetirib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin "Şəfa" yaşayış massivində baş verib.

Belə ki, 2013-cü il təvəllüdlü Əliyev Rəvan Tofiq oğlu küçədə oynayarkən itin hücumuna məruz qalıb. Quduzlaşmış heyvan onun baş və qol nahiyələrinə xəsarətlər yetirib.

Ağır xəsarətlər alan azyaşlı təcili xəstəxanaya çatdırılıb. Yaralıya tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksinlər vurulub.

Son xəbərlər

Orphus sistemi