Mingəçevirdə 34 yaşlı qadın zəhərləndi

Mingəçevirdə 34 yaşlı qadın zəhərləndi Bərdə rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisə
16 Mart , 2020 23:08
Mingəçevirdə 34 yaşlı qadın zəhərləndi

Bərdə rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

“Report”un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Mingəçevir şəhərində baş verib.

Belə ki, Bərdə rayon sakini 1986-ci il təvəllüdlü İsayeva Dürdanə Sabir qızı zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun hansı səbəbdən zəhərləndiyi bilinmir. 

Qadın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır.

Son xəbərlər

Orphus sistemi