Mingəçevirdə 3 yaşlı körpə göldə boğulub - YENİLƏNİB

Mingəçevirdə 3 yaşlı körpə göldə boğulub - YENİLƏNİB Mingəçevir. 28 mart. REPORT.AZ/ Mingəçevir şəhərində gölə düşərək boğulan azyaşlı körpənin adı məlum olub.
Hadisə
28 Mart , 2018 14:11
Mingəçevirdə 3 yaşlı körpə göldə boğulub - YENİLƏNİB
Report

Mingəçevir. 28 mart. REPORT.AZ/ Mingəçevir şəhərində gölə düşərək boğulan azyaşlı körpənin adı məlum olub. 

"Report"un Şirvan bürosu xəbər verir ki, şəhər sakini, 2015-ci il təvəllüdlü Şahin Hicran oğlu İskəndərli ehtiyatsızlıqdan gölə düşərək boğulub. Ətrafdakıların köməyi ilə sudan çıxarılan körpənin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb. 


***13:38

Mingəçevir. 28 mart. REPORT.AZ/ Mingəçevir şəhərində azyaşlı körpə göldə boğularaq ölüb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Kür çayı sahilində yerləşən axmazlardan birində baş verib.

Belə ki, hələlik adı məlum olmayan körpə ehtiyyatsızlıqdan gölə düşüb. Ətrafdakılar körpəni ordan çıxarıblar və azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi