Mingəçevirdə 26 yaşlı gənc müəmmalı şəkildə ölüb

Mingəçevirdə 26 yaşlı gənc müəmmalı şəkildə ölüb Təbiət Zərbalıyev kirayədə yaşadığı mənzildə ölmüş vəziyyətdə aşkarlanıb
Hadisə
10 Yanvar , 2018 01:48
Mingəçevirdə 26 yaşlı gənc müəmmalı şəkildə ölüb

Mingəçevir. 10 yanvar. REPORT.AZ/ Qobustan sakini Mingəçevirdə kirayədə qaldığı mənzildə ölü vəziyyətdə aşkar edilib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında, şəhərin Şah İsmayıl Xətai küçəsi 15 ünvanında qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Təbiət Mayıl oğlu Zərbalıyev həmin binada kirayədə yaşadığı mənzildə ölmüş vəziyyətdə aşkarlanıb. Onun hansı səbəbdən dünyasını dəyişməsi hələlik məlum deyil.

Məlumata görə, əslən Qobustan rayonundan olan T. Zərbalıyev Yevlağın Aran qəsəbəsində fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşı olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi