Mingəçevirdə 2 yaşlı körpə beşinci mərtəbədən yıxılıb

Mingəçevirdə 2 yaşlı körpə beşinci mərtəbədən yıxılıb Kənan Balayevin həyatı üçün təhlükə yoxdur
Hadisə
17 Sentyabr , 2017 22:02
Mingəçevirdə 2 yaşlı körpə beşinci mərtəbədən yıxılıb

Mingəçevir. 17 sentyabr. REPORT.AZ/ Mingəçevirdə 2 yaşlı körpə doqquz mərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin məcburi köçkün şəhərciyində baş verib.

Belə ki, ailəsi ilə birlikdə Bakıdan Mingəçevirə qonaq gəlmiş 2015-ci il təvəllüdlü Bakı sakini Balayev Kənan Emin oğlu beşinci mərtəbədən yıxılıb. Xəsarət almış körpəyə tibbi yardım göstərilib. 

Onun həyatı üçün təhlükə olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi