Mingəçevir Su Anbarında köməksiz qalan 3 nəfər xilas edilib

Mingəçevir Su Anbarında köməksiz qalan 3 nəfər xilas edilib Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir su anbarında 3 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması (hava şəraitinin pisləşməsi və suyun dalğalı olması ilə əlaqədar olaraq) barədə məlumat
Hadisə
7 Avqust , 2021 22:05
Mingəçevir Su Anbarında köməksiz qalan 3 nəfər xilas edilib

Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir Su Anbarında qayıqda köməksiz qalanlar xilas edilib.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir Su Anbarında 3 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması (hava şəraitinin pisləşməsi və suyun dalğalı olması ilə əlaqədar olaraq) barədə məlumat daxil olub.

Xilasetmə məntəqəsindən təxminən 5 km aralı, nəzarətsiz ərazidə içərisində 3 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.

Son xəbərlər

Orphus sistemi