Fövqəladə Hallar Nazirliyi Mingəçevirdə suda batan şəxslə bağlı məlumat yayıb.
Nazirlikdən "Report"a verilən xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, Mingəçevir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü Sadiq Hüseynov Mingəçevir su anbarının Goranboy rayon ərazisində boğularaq ölüb.
Onun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.