Mingəçevir. 1 mart. REPORT.AZ/ Mingəçevir Şəhər İcra Hakimiyyətində (ŞİH) iş otağında ölən şəxsin adı və ölünm səbəbi məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, ŞİH-in kargüzarlıq işləri ilə məşğul olan 1956-ci il təvəllüdlü İntizar Məmmədovanın ürək tutmasından qəfil halı pisləşib.
Ətrafdakıların səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İ.Məmmədova uzun illərdir ki, Mingəçevir ŞİH-də ümumi şöbə nəzdində, eyni zamanda icra hakiminin müavinləri yanında qəbul bölməsində fəaliyyət göstərirdi.
***21:32
Mingəçevir. 1 mart. REPORT.AZ/ Mingəçevir Şəhər İcra Hakimiyyətində (ŞİH) ölüm hadisəsi baş verib.
"Report”un Şirvan bürosu xəbər verir ki, ŞİH-in hələlik adı məlum olmayan əməkdaşı iş otağında dünyasını dəyişib.
Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. ŞİH-in əməkdaşının hansı səbəbdən ölməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.