Mingəçevir sakinini 5 nəfər döyüb

Mingəçevir sakinini 5 nəfər döyüb Faktla bağlı araşdırma aparılır
Hadisə
12 Avqust , 2017 23:00

Mingəçevir. 12 avqust. REPORT.AZ/ Mingəçevir sakini mübahisə zəminində döyülüb.

”Report”un Şirvan bürosu xəbər verir ki, 1980-ci il təvəllüdlü Məmişov Ramal Ağagül oğlu kütləvi hücuma məruz qalıb.

Belə ki, Ramal Məmişov eyni anda 5 nəfər tərəfindən vəhşicəsinə döyülüb.

Bədəninin müxtəlif hissələrindən ağır xəsarətlər alan yaralı şəhər xəstəxanasına çatdırılıb. Hazırda müayinə və müalicəsi davam etdirilir.

Münaqişənin motivi hələ ki, bəlli deyil.

Faktla bağlı Mingəçevir şŞhər Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi