Mingəçevir sakinindən odlu silah götürülüb
Hadisə
- 21 iyul, 2021
- 11:04
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, şəhər sakini Xətai Rüstəmovun qanunsuz olaraq odlu silah gizlətməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs özünə məxsus “Niva” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb.Onun idarə etdiyi avtomobilə baxış keçirilərkən oradan lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Son xəbərlər
18:03
Berlində naməlum şəxs Mertsin ofisinin yaxınlığında yanğın törədib
Digər ölkələr17:57
"Turan Tovuz" ev oyunlarını Sumqayıt şəhər stadionunda keçirəcək
Futbol17:56
Merkel, Zelenski və Valensa Avropa Xidmət Ordeni ilə təltif olunublar
Digər ölkələr17:55
Qubanın üç kəndinin adının dəyişdirilməsi təklif edilir
Milli Məclis17:53
"Qarabağ"ın futbolçusu Kamilo Duran Kolumbiya millisinə dəvət alıb
Futbol17:52
Qiymətləndiricilər Palatası: Regional risklər Azərbaycanın əmlak bazarında böhran üçün zəmin yaratmır
Biznes17:50
Maştağada iki gün su olmayacaq
İnfrastruktur17:44
Video
"Haber Global" Azərbaycandan İrana göndərilən humanitar yardımla bağlı süjet hazırlayıb
Region17:42
Foto