Mingəçevir sakinindən 2 kq-dan çox narkotik götürüldü

Mingəçevir sakinindən 2 kq-dan çox narkotik götürüldü Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat keçirib.
Hadisə
19 Mart , 2020 10:22
Mingəçevir sakinindən 2 kq-dan çox narkotik götürüldü

Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un Yuxarı Şirvan bürosuna verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər Mingəçevir şəhər sakini, məhkum olunmuş Ceyhun Qurbanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan bir bükümdə narkotik vasitə olan heroin və kibrit qutusunda 7,61 qram qurudulmuş marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq C.Qurbanovun yaşadığı evə də baxış keçirilib. Oradan 21,284 qram heroin və sellofan torbada 2 kq 155 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi