Mingəçevir sakini naməlum şəxslə mübahisə zamanı özünə ağır xəsarət yetirib

Mingəçevir sakini naməlum şəxslə mübahisə zamanı özünə ağır xəsarət yetirib Səbuhi Səfərli ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb və yaralıya tibbi yardım göstərilib
Hadisə
1 İyul , 2017 21:36
Mingəçevir sakini naməlum şəxslə mübahisə zamanı özünə ağır xəsarət yetirib

Mingəçevir. 1 iyul. REPORT.AZ/ Mingəçevirdə gənc özünə ağır xəsarət yetirib.

“Report” Şirvan bürosunun məlumatına görə hadisə Mingəçevir çimərliyində qeydə alınıb.

Belə ki, şəhərin Heydər Əliyev prospekti 70, mənzil 38-də yaşayan 1994-cü il təvəllüdlü Səbuhi Elmdar oğlu Səfərli dənizdə istirahət edərkən naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı əsəbiləşən gənc şüşə qabı qıraraq onun qırıntıları ilə boynuna, sol qoluna və qarnına xəsarətlər yetirib.

O, ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb və yaralıya əməliyyat yoluyla tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi