Yuxarı

Mingəçevirdə avtomat və tapança tapılıb

Faktla bağlı araşdırma aparılır

Bakı. 22 yanvar. REPORT.AZ/ Mingəçevirdə odlu silah və vasitələri tapılıb. “Report” xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisindən “AK” markalı avtomat, “Makarov” markalı tapança, “TOZ-34” markalı tüfəng, 2 ədəd patron darağı və 66 ədəd müxtəlif çaplı patron tapıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi