Yuxarı

Milli Ordunun daha bir şəhidi Beyləqanda torpağa tapşırılıb

Dəfn mərasimində izdiham yaşanıb

Bakı. 10 aprel. REPORT.AZ/ Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmən təxribatının qarşısını alan zaman Milli Ordumuzun şəhid olan əsgəri Şahin Cavadzadə Beyləqan rayonunda torpağa tapşırılıb.

"Report" xəbər verir ki, mərasimdə iştirak edən insanlar "Hər şey Vətən üçün", "Qarabağ bizimdir, bizim olacaq!" kimi şüarlar ilə şəhidi son mənzilə yola salıblar.

Dəfn mərasimində izdiham yaşanıb. Şahin Cavadzadənin hərbçi yoldaşları onun xatirəsi naminə havaya üç dəfə yaylım atəşi açıblar. Cənazənin büküldüyü üç rəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi