Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsin məhkəməsində şahid ifadə verib: "Fəridə bir az özündən razı idi"

Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsin məhkəməsində şahid ifadə verib: "Fəridə bir az özündən razı idi" Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin edilib
Hadisə
31 Yanvar , 2017 15:45
Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsin məhkəməsində şahid ifadə verib: Fəridə bir az özündən razı idi

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilən Məzahir Qasıminin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Dilarə Məcidova ifadə verib.

O, qətlə yetirilən Fəridə Məcidovanın baldızı olduğunu deyib. Şahidin sözlərinə görə, hadisədən xəbər tutan zaman bütün ailə üzvləri şoka düşüb: "Heç kim Məzahirin belə bir hadisə törədəcəyinə inanmadı. Tam olaraq hadisə haqda məlumatım yoxdur, amma qətlin Fəridə ilə Məzahirin boşanmağa gedəcəkləri gün baş verdiyini bilirəm. Çünkü həmin gün onlar boşanacaqdırlar. Düzdür, hər ailədə kiçik də olsa, söz-söhbət olur. Yəqin ki, onların da ailəsində olub. Biz onu sakit, fağır bir insan kimi tanıyırdıq”.

D.Məcidova qeyd edib ki, qətl hadisəsi baş verən gün həm də M.Qasıminin doğum günü idi: "Sözün açığı Fəridə bir az özündən razı idi. O, özünü Məzahirdən üstün tuturdu. Məzahir isə çox sakit adam idi. Bu hadisədən sonra şokdayam”.

Hakim Ə.Abbasov məhkəmədə bildirib ki, təqsirləndirilən M.Qasıminin bacısı ifadəsində deyib ki, qətlə yetirilən F.Məcidova qaşığı qızdıraraq qardaşının bədəninə basırmış. Hakim bu haqda şahiddən məlumatının olub-olmamasını soruşub. D.Məcidova belə bir halın mümkün olmadığını söyləyib.

M.Qasımi deyilənləri təkzib edərək, mərhum arvadının ona qarşı belə bir hərəkət etmədiyini, bacısının yalan danışdığını vurğulayıb.

Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il sentyabrın 9-da Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında baş verib. Həmin ünvanda yaşayan M.Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən M.Qasımi saxlanılıb.

Qətlə yetirilən F.Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəzifəsində çalışıb. O, ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilib. Mərhum ümumən 30 il Milli Məclis Aparatında müxtəlif vəzifələrdə işləyib.

Yaxınlarının sözlərinə görə, F.Məcidovanın həyat yoldaşı M.Qasımi arasında ev söhbəti olub. Bundan sonra mübahisə qızışıb və M.Qasımi tamah məqsədi ilə qadını amansızcasına qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi