Milli Məclisin komitə sədri uşaqlara qarşı amansız zorakılıq törədənlərin ömürlük həbsə məhkum olunmasını təklif edir

Milli Məclisin komitə sədri uşaqlara qarşı amansız zorakılıq törədənlərin ömürlük həbsə məhkum olunmasını təklif edir Bu təklifi deputat Astan Şahverdiyev də dəstəkləyib
Hadisə
25 Yanvar , 2017 13:10
Milli Məclisin komitə sədri uşaqlara qarşı amansız zorakılıq törədənlərin ömürlük həbsə məhkum olunmasını təklif edir

Bakı. 25 yanvar. REPORT.AZ/ "Uşaqlara qarşı amansız zorakılıq törədənlərin ömürlük həbs cəzası ilə cəzalandırılmasının tərəfdarıyam".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" yeni qanun layihəsi barədə danışarkən deyib.

A.Naxçıvanlı bildirib ki, bu məsələdə başqa alternativ çıxış yolu olmamalıdır: "Yəqin ki, uşaqlara qarşı amansız zorakılığın qarşısını almaq üçün müəyyən təkliflər hazırlayıb Milli Məclisdə qaldıra bilərik".

Komitənin digər üzvü Astan Şahverdiyev də öz növbəsində Azərbaycanda yetkinlik yaşına çatmayanların terror qruplarına qoşulmağa, narkotik maddələrə və “uşaqbazlığ”a təhrik edənlərə qarşı cəzaların sərtləşdirilməsini istəyib. O, belə şəxslərə qarşı ömürlük həbz cəzası verilməsini məqbul hesab edib.

Son xəbərlər

Orphus sistemi