Milli Məclisin deputatları Avronest PA-nın sosial komitəsinin iclasında təqdimatla çıxış edəcəklər

Milli Məclisin deputatları Avronest PA-nın sosial komitəsinin iclasında təqdimatla çıxış edəcəklər Tbilisi. 11 fevral. REPORT.AZ/ “Fevralın 13-də Tbilisidə Avronest PA-nın sosial məsələlər komitəsinin növbəti iclası keçiriləcək. İclasda “Şərq Tərəfdaşlığı və Mərkəzi Avropa ölkələrində qeyri-formal əməkçilərin hüquqları” və “Şərq Tərəfdaşlığı ölkələrində vərəm xəstəliyinə qarşı mübarizədə parlamentarilərin rolu” məsələləri müzakirə olunacaq”.
Hadisə
11 Fevral , 2018 13:28
Milli Məclisin deputatları Avronest PA-nın sosial komitəsinin iclasında təqdimatla çıxış edəcəklər

Tbilisi. 11 fevral. REPORT.AZ/ “Fevralın 13-də Tbilisidə Avronest PA-nın sosial məsələlər komitəsinin növbəti iclası keçiriləcək. İclasda “Şərq Tərəfdaşlığı və Mərkəzi Avropa ölkələrində qeyri-formal əməkçilərin hüquqları” və “Şərq Tərəfdaşlığı ölkələrində vərəm xəstəliyinə qarşı mübarizədə parlamentarilərin rolu” məsələləri müzakirə olunacaq”.

Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində Milli Məclisin deputatı, Avronest PA-nın sosial məsələlər komitəsinin həmsədri Məlahət İbrahimqızı söyləyib.

Onun sözlərinə görə, Milli Məclisin deputatları hər iki məsələ ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar, qəbul olunmuş dövlət proqramları barədə məlumat verəcək, təqdimatlarla çıxış edəcəklər.

Deputat bildirib ki, Azərbaycan həm qeyri-formal əməkçilərinin hüquqlarının müdafiəsi, həm də vərəmə qarşı mübarizə sahəsində xeyli uğurlar qazanıb və bəzi ölkələrdən çox qabaqdadır.

Avronest PA-nın komitə iclasında M.İbrahimqızı və deputat Sədaqət Vəliyeva məhz bu məsələləri diqqətə çatdıracaq, həmçinin regiondakı məsələlərə münasibət bildirəcəklər.

Fevralın 12-13-də Tbilisidə Avronest PA-nın komitə iclasları keçiriləcək. İclaslarda Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradovun başçılığı ilə nümayəndə heyəti iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi