Yuxarı

Milli Məclis mərc oyunlarına nəzarətin başqa quruma verilməsi barədə layihəni qəbul edib

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanda mərc oyunlarına nəzarət funksiyası yeni yaradılan "Maliyyə Bazarlarına Nəzarət Palatası" publik hüquqi şəxsə verilir. "Report"un məlumatına görə, bununla bağlı Milli Məclis "Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişiklik edib.

Dəyişiklik layihəsinə əsasən, "dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı" sözləri "nəzarət maliyyə bazarlarına nəzarət orqanı" sözləri ilə əvəzlənib.

Digər dəyişikliyə əsasən isə idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan haqlar hesabına maliyyələşir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. 

Xatırladaq ki, hazırda idman mərc oyunlarına nəzarəti Gənclər və İdman Nazirliyi həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi