Bakıda növbəti yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, qəza Qaradağ rayonu, Lökbatan-Xocasən yolunun “Meyvəli” bazarının qarşısından keçən hissəsində qeydə alınıb.
Qəzada xəsarət alan 1959-cu il təvəllüdlü Alışov Rövşən Alıkişi oğlu və 1944-cü il təvəllüdlü İmanalıyev Əbülhəsən Qədir oğlu təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar.
R. Alışova müştərək travma, sait sümüyü sınığı, Ə. İmanalıyevə isə qapalı kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.