"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Yasamal rayonunda mənzildə 1954-cü il təvəllüdlü Heydərov Əli Hüseynağa oğlu bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. Ə.Heydərovun cəsədi aidiyyəti üzrə təhvil verilib.