Metronun "İçərişəhər" stansiyasında qatarda nasazlıq yaranıb - FOTO

Metronun "İçərişəhər" stansiyasında qatarda nasazlıq yaranıb - FOTO Nəticədə "28 May" - "İçərişəhər" stansiyaları arasında qatarların hərəkəti dayanıb
Hadisə
7 Oktyabr , 2015 20:55
Metronun İçərişəhər stansiyasında qatarda nasazlıq yaranıb  - FOTO

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün axşam saatlarında Bakı metrosunun “İçərişəhər” stansiyasında qatarların hərəkəti dayanıb.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, buna səbəb qatarda yaranmış nasazlıq olub.

Nəticədə "İçərişəhər" stansiyası müvəqqəti bağlanıb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Report"a açıqlamasında deyib ki, 11 saylı marşrutda nasazlıq olub: "Ona görə də "28 May" - "İçərişəhər" stansiyaları arasında qatarların hərəkəti dayanmışdı. Ancaq köməkçi qatar göndərdik, 11 saylı marşrutu stansiyadan çıxardı". 

Son xəbərlər

Orphus sistemi