Yuxarı

Metronun “28 May” stansiyasında oğurluq edən şəxs tutulub

Faktla bağlı araşdırma aparılır

Bakı. 7 aprel. REPORT.AZ/ Metronun “28 May” stansiyasında oğurluq edən şəxs tutulub.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, aprelin 4-də metronun “28 May” stansiyasında Bakı şəhər sakini Elvira Cəfərovanın cibindən mobil telefon oğurlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən paytaxt sakini Fərid Ağaəliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi