DİN metrodakı insidentlə bağlı açıqlama verdi - VİDEO - YENİLƏNİB

DİN metrodakı insidentlə bağlı açıqlama verdi - VİDEO - YENİLƏNİB Bu gün sosial şəbəkə və xəbər saytlarında Bakı Metropoliteninin metro qatarlarından birinin vaqonunda polis əməkdaşları ilə bir neçə vətəndaş arasında mübahisə yarandığını əks etdirən videogörüntü paylaşılıb.
Hadisə
2 İyun , 2020 16:47
DİN metrodakı insidentlə bağlı açıqlama verdi - VİDEO - YENİLƏNİB

Bu gün sosial şəbəkə və xəbər saytlarında Bakı Metropoliteninin metro qatarlarından birinin vaqonunda polis əməkdaşları ilə bir neçə vətəndaş arasında mübahisə yarandığını əks etdirən videogörüntü paylaşılıb.

"Report"un xəbərinə görə, bununla bağlı jurnalistlərin sorğusunu cavablayan DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları insanların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədi ilə onlardan mütləq qaydada tibbi maskalardan istifadə etməyi və sosial məsafə saxlamağı tələb edirlər:

"Metro qatarında tibbi maskadan istifadə etməyən bir neçə sərnişindən də bu qaydalara riayət olunması tələb edildikdə onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq mübahisəli vəziyyət yaradıblar.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində həmin şəxslərdən bir neçəsi artıq saxlanılıb, barələrində müvafiq tədbirlər görülüb. Digərlərinin də müəyyən edilərək saxlanması üçün tədbirlər davam etdirilir. 

Bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, uzunmüddətli proses olan koronavirus infeksiyasına qarşı mübarizədə böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir".


*** 13:51

Bakı Metropoliteninin “Qara Qarayev” stansiyasında polis əməkdaşları ilə sərnişinlər arasında insident baş verib.

“Report” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

İki polis əməkdaşının sərnişinlərdən biri ilə mübahisə edərək, onu vaqondan çıxarmağa çalışması qatarın hərəkətinin gecikməsinə səbəb olub.

İlkin məlumata görə, sərnişin platformada olarkən tibbi maskadan istifadə etmədiyi üçün polis ona irad bildirib və mübahisə bu səbəbdən yaranıb.

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) “Report”a bildirilib ki, sözügedən videogörüntülərlə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi