Məşhur şirkətin mənimsəmədə təqsirləndirilən işçisinə hökm oxunub

Məşhur şirkətin mənimsəmədə təqsirləndirilən işçisinə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham edilən 1981-ci il təvəllüdlü Vahid Məcid Ehtiram oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
18 Sentyabr , 2019 11:49
Məşhur şirkətin mənimsəmədə təqsirləndirilən işçisinə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham edilən 1981-ci il təvəllüdlü Vahid Məcid Ehtiram oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Vahid Məcid işlədiyi "Baku Trans" MMC-nin 74 min manatını mənimsəyib. Belə ki, Vahid Məcid mühasib işlədiyi şirkətdə bilet satışında gələn gəliri mənimsəyərək ələ keçirib. Daha sonra isə ölkədən qaçıb. Onun barəsində beynəlxalq axtarış elan edilib və Moskvada saxlanılaraq Azərbaycana təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib və məbləğin 30 min manat olduğunu bildirib.

"Baku Trans" məşhur bilet satışı şirkətlərindən biri olan "Flydubai" şirkətinin Bakıdakı təmsilçisidir.

Orphus sistemi