Bakıda məşhur marketdən bahalı viski oğurlayan şəxslərin məhkəməsi başlayır

Bakıda məşhur marketdən bahalı viski oğurlayan şəxslərin məhkəməsi başlayır Bakı. 2 fevral. REPORT.AZ/ Bakıda oğurluq etməkdə təqsirləndirilən Tamerlan Cabbarov və Gülnarə İsmayılovanın barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Hadisə
2 Fevral , 2019 13:14
Bakıda məşhur marketdən bahalı viski oğurlayan şəxslərin məhkəməsi başlayır

Bakı. 2 fevral. REPORT.AZ/ Bakıda oğurluq etməkdə təqsirləndirilən Tamerlan Cabbarov Gülnarə İsmayılovanın barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

"Report"un xəbərinə görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Tağıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.

Qeyd edək ki, ötən il yanvarın 15-də saat 18 radələrində Bakıda “Kontinental Supermarket”də baş verib

Belə ki, mağazadan dəyəri 680 manat olan bir ədəd viski içkisi oğurlanıb. Naməlum şəxsin içkini oğurladığı anlar müşahidə kamerasına düşüb.

Viskini oğurlamaqda şübhəli bilinən şəxslər Bakı şəhər sakinləri – 1986-cı il təvəllüdlü T.Cabbarov və 1996-cı il təvəllüdlü G.İsmayılova saxlanılıb.

Son xəbərlər

Orphus sistemi