“Holcim (Azərbaycan)” ASC-yə mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə inzibati cərimə yazılıb.
“Report”un əldə etdiyi məlumata görə, protokola Qaradağ Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, protokol İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə) maddəsi ilə tərtib edilib.
2012-ci ilin aprel ayında “Qaradağ Sement” ASC rebrendinq edərək "Holcim (Azərbaycan)" ASC olub və dünyanın aparıcı sement təchizatçılarından olan LafargeHolcim Qrupun bir hissəsidir.
LafargeHolcim Qrup 1912-ci ildə İsveçrədə təsis edilib.