Mərdəkanda yolu keçən yeniyetməni avtomobil vurdu

Mərdəkanda yolu keçən yeniyetməni avtomobil vurdu Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
169
24 May , 2021 02:52
Mərdəkanda yolu keçən yeniyetməni avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Mərdəkan qəsəbəsində yolu keçən 2006-cı il təvəllüdlü Mahmudov Mikayıl Elman oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona çanaq və kürək sümüklərinin sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi