Mərdəkanda əl qumbarası aşkarlanıb

Mərdəkanda əl qumbarası aşkarlanıb Xəzər rayonunun Mərdəkan qəsəbəsində sursat aşkar edilib.
Hadisə
170
11 İyun , 2021 19:29
Mərdəkanda əl qumbarası aşkarlanıb
0 : 00
0 : 00

Xəzər rayonunun Mərdəkan qəsəbəsində sursat aşkar edilib.

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən ərazidə 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkarlanıb.

Sursat zərərsizləşdirilməsi üçün Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri tərəfindən ərazidən götürülüb.

Son xəbərlər

Orphus sistemi