Mərdəkanda bağban ehtiyatsızlıqdan ağır xəsarət alıb

Mərdəkanda bağban ehtiyatsızlıqdan ağır xəsarət alıb Bakıda bədbaxt hadisə baş verib. “Report” xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.
Hadisə
14 İyul , 2019 04:44
Mərdəkanda bağban ehtiyatsızlıqdan ağır xəsarət alıb

Bakıda bədbaxt hadisə baş verib. “Report” xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, Şahin İskəndərov küçəsində bağban işləyən İmanov Sahib Aslan oğlu həyətdə yerləşən mühərrikxananı təmir etmək istəyib və mühərrikxananın olduğu zirzəmiyə enib. Lakin nərdivandan enmək istəyəndə ehtiyatsızlıqdan zirzəminin dəmirdən olan qapısı onun əllərinin üzərinə düşüb.

Nəticədə hər iki əlindən ciddi xəsarət alan 49 yaşlı İ. Sahib hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstə həkim nəzarətinə götürülüb. Ona hər iki əlinin əzilmiş-kəsilmiş yaraları diaqnozu qoyulub.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi