Mərdəkanda kişi maşının təhlükəsizlik kəməri ilə özünü asıb

Mərdəkanda kişi maşının təhlükəsizlik kəməri ilə özünü asıb Faktla bağlı cinayət işi başlanıb
Hadisə
2082
18 Aprel , 2017 03:36
Mərdəkanda kişi maşının təhlükəsizlik kəməri ilə özünü asıb

Bakı. 18 aprel. REPORT.AZ/ Xəzər rayonunun Mərdəkan qəsəbəsində intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1968-ci il təvəllüdlü Babayev Kamal avtomobilin təhlükəsizlik kəmərindən istifadə edərək özünü asıb.

Mərhumun meyiti Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü ölüm həddinə çatdırma) cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi