Mərdəkan sakini özünü bıçaqlayıb

Mərdəkan sakini özünü bıçaqlayıb Malik Cəfərov bu addımı atmasına səbəb kimi külli miqdarda borcunun olmasını göstərib
Hadisə
23 Yanvar , 2015 04:33
Mərdəkan sakini özünü bıçaqlayıb

BAKI. 23 yanvar. REPORT.AZ/ Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, Mərdəkan qəsəbəsi Yesenin küçəsi 17 ünvanında yaralı şəxs olması barədə "Təcili tibbi yardım" stansiyasına məlumat daxil olub. Dərhal həmin ünvana həkim briqadası yollanıb. Həmin ünvanda yaşayan 47 yaşlı Malik Cəfərov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Hadisə barədə dərhal Xəzər rayon Polis İdarəsinə məlumat verilib. Araşdırmalar zamanı məlum olub ki, bıçağı Malik Cəfərov qarnına özü vurub.

Onun bu addıma əl atmasına səbəb isə külli miqdarda borcunun olması olub. Borclarını qaytara bilmədiyini görən Malik Cəfərov çıxış yolunu özünə qəsd etməkdə görüb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib. Aparılan araşdırmalardan sonra baş verən hadisəyə hüquqi qiymət veriləcək.

Son xəbərlər

Orphus sistemi